Müdafiə Nazirliyi Şuşan Stepanyanın bəyanatlarına aydınlıq gətirdi

0
870

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşımla bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:

“Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur”.