Müdafiə Nazirliyi: “Ordumuzun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah yoxdur”

0
420

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”.