Martın sonuna qədər Ukrayna Almaniya və Portuqaliyadan “Leopard” tankları alacaq.
Almaniya və Portuqaliyanın vəd etdiyi “Leopard” əsas döyüş tankları martın sonuna kimi Ukraynaya çatdırılacaq. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Sizə deyə bilərəm ki, 18 Alman Leopard 2A6 tankı və üç Portuqaliya tankının bu ay Ukraynaya gələ biləcəyini indicə öyrəndim”, – Pistorius qeyd edib.
Tanklar ölkəyə təlim keçmiş ekipajlarla gələcək.
Dünən məlum olub ki, Polşa ötən ay 4 tank təhvil verdikdən sonra, bu həftə daha 10 Leopard 2A4 tankını Ukraynaya təhvil verəcək.
Bundan əlavə, Polşa Ukraynaya ötürülən Alman “Leopard” tanklarına texniki xidmət mərkəzi yaratmağa hazır olduğunu açıqlayıb