Karib dənizində Sent Kitts və Nevis Sahil Mühafizəsi qrupları qayıqda 13 cəsəd tapıblar. Bu hadisə beş gün əvvəl Trinidad və Tobaqo yaxınlığında qayıqda beş nəfərin cəsədinin tapılmasından sonra baş verib.
Səlahiyyətlilər iki hadisə arasında əlaqənin olub-olmamasının hələ müəyyən edilmədiyini bildiriblər. Hələlik ölənlərin kimliyi və milliyyəti barədə dəqiq məlumat yoxdur.
Sent Kitts və Nevis polis rəisinin müavini Kromvel tapılan cəsədlərin ekspertiza mərhələsində olduğunu və qurbanların yaşının, cinsinin müəyyən edilə bilmədiyini söyləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.