İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.
Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib.