Müəllimlər günündə məktəbə su çəkdirdi – CƏLİLABADDA

0
628
Cəlilabad rayon Alar kənd R.Quliyev adına 3 saylı tam orta məktəbinə məktəbin müəllimi, şair Bilal Alarlı öz şəxsi vəsaiti hesabın su çəkdirib. Bilal Alarlı saytımıza açıqlamasında bunu Müəllimlər Günündə uşaqlara hədiyyə etdiyini bildirib:
“Alar kənd R.Quliyev adına 3 saylı tam orta məktəbi 1991-ci ildən fəaliyyət göstərir. Məktəbin şagird və müəllim kollektivi uzun müddət idi ki, içməli su sarıdan korluq çəkirdi. Lakin bu günə kimi müvafiq tədbir görülmədiyindən, xüsusən, şagirdlər çətinliklə qarşılaşırdılar. Hətta onlar məktəbə çantalarında kitabla yanaşı, plastik qablarda içməli su gətirirdilər. Bu günlərdə bu problemi aradan qaldırmaq qərarına gəldim və şəxsi vəsaitimlə məktəbə içməli su xətti çəkdim. Bu su xətti həm də məktəbin bağını suvarmağa da imkan verəcək. Qeyd edim ki, heç kim bizə nə fiziki, nə də maddi kömək etmədi. Su xəttini şagirdlərin fiziki qüvvəsindən istifadə edərək reallaşdırdım”.
Vasif Əlihüseyn