Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil əyalətində müəllimlərə 5000 rubl (təxminən 90 manat) dəyərində endirimli qəbir daşları üçün sənədlər təqdim edilib.
Bu barədə “Ural Mash” məlumat yayıb. Kanalın məlumatına görə, bunu Həmkarlar İttifaqı təsis edib.
“Bu nəzakətsizlik deyil, köməklik məqsədi güdür”, – deyə təşkilat qərarını izah edib.
Onların sözlərinə görə, müəllimlərə hörmət edilmir, lakin Həmkarlar İttifaqı heç olmasa, nəyəsə cəhd edir.
Qeyd edək ki, müəllimlərin özləri belə bu qəribə hədiyyədən məmnun deyillər. Narahat olan müəllimlər, bunun nəyəsə işarə olduğunu bildiriblər.