Müəllimlərə şad xəbər – Bu qərar ləğv olunur

0
106

Müəllimlik Peşəsi Qanununun bu həftə Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənilir.

Türkiyəli müəllimlər üçün xoş xəbər var. Belə ki, 12 il eyni məktəbdə işləyən müəllimlərin dəyişdirilməsini nəzərdə tutan “rotasiya” layihədən çıxarılıb.

Qeyd edək ki, Milli Təhsil Nazirliyi tərəfindən hazırlanan yeni Müəllimlik Peşəsi Qanununda müəllimlər üçün rotasiya maddəsi yer alırdı.

Bu qaydaya görə, müəllimlər 12 il işlədikləri məktəbdə rotasiyaya məruz qalacaqdılar. Rotasiya layihəsinin mətninə aşağıdakı ifadələrlə daxil edilmişdi: “Müəllimlərin təyin olunduqları təhsil müəssisəsində ən azı üç tədris ili, eyni təhsil müəssisəsində isə maksimum 12 tədris ili işləməsi vacibdir”.

Lakin müəllimlərin narazılığından sonra rotasiya bəndi layihədən çıxarılıb.