“Bu adları bizə verin ki, barələrində ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir.
“Məndə olan məlumata görə, vəfat etmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”.