MSK binası önündə etiraz: Avtobusda saxlananlar sərbəst buraxılıb – Video

0
492

Seçkilərin nəticələrinə etiraz edərkən ərazidən avtobusla aparılanlar sərbəst buraxılıb. Xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Daxili İşlər Nazirliyi saxlananlara qarşı təzyiq iddialarını təkzib edib. Fevralın 11-də keçmiç deputatlığa namizədlər və fəallar Mərkəzi Seçki Komissiyası önündə oturaq etiraz aksiyası keçiriblər. Onlar “seçki nəticələrinin ləğvini” tələb ediblər. Polis aksiyaya müdaxilə edib və etirazçılar avtobusa mindirilib.