Bu gün Qəbələ rayonun Dızaxlı kənd şəhid Xeyirbəy Cəlil oğlu Səfərcinovun anım günü qeyd olundu.
Yaşasaydı 29 yaşı olacaqdı.
Mərasimdə şəhid ailələri, qazilər, Qəbələ TV, yazarlar, kənd sakinləri, məktəb müəllimləri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Mehman Şəfiyev, axundlar,Ayla və Aylin iştirak etdilər.
Ayla və Aylin öz şeirləri ilə şəhidlərimizi xatirəsinə andılar.
Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Dövlət himni səsləndirilmiş bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra şəhidin adına xatirə kompleksinin ziyarət edilmişdir.
Gələn qonaqlar çıxış etmiş, şəhidlərimizin qəhrəmanlıgından danışılmışdılar.
Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri