Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət etdi – VİDEO

0
368

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edərək kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlama verib.

M.Çavuşoğlu Azərbaycana dəstək olduqlarını bir daha vurğulayıb:

“Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla mütəmadi əlaqə saxlayırıq. Eyni zamanda bu gün Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə də söhbət etdik. Qarabağ məsələsində son hadisələri müzakirə etdik və zəruri olan mesajları verdik. Bu problemin hansı şəkildə həll olunması istiqamətində öz fikirlərimizi bölüşdük. Əslində bu problemin həlli çox sadə və birdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Onlar Azərbaycan torpaqlarından çıxmadıqları müddətdə, Qarabağ məsələsi həll olunmayacaq”.

Həmin videonu təqdim edirik: