“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” – ŞƏRH

0
395

Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə iki həftə sonra tədris prosesi dayandırılacaq”.

Bunu təhsil üzrə ekspert Kamran Əsədov  bildirib.

Onun sözlərinə görə, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb:

Bəli, valideynlər məktəbə buraxılmır. Amma bu, həll yolu deyil. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir”.

Ekspert qeyd edib ki, məktəbin qarşısında valideyn sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalıdır:

“Valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar. Yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır. Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq”.

Qeyd edək ki, ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb.

Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.