Moskvaya nüvə zərbəsi endiriləcək, bu qədər insan həlak olacaq: Pentaqonun planı mətbuata sızdı – VİDEO

0
361

Moskvaya B61-13 bombaları ilə nüvə zərbələri endirilməsi halında nə qədər insanın öləcəyi açıqlanıb.

Pentaqonun hazırladığı bu hesabat haqda məlumatı Britaniyanın “Daily Mail” qəzeti yayıb.

Bildirilir ki, B61-13 Moskvanın üzərinə düşsə, çox güman ki, 300.000 nəfər öləcək və 870.000 insan yaralanacaq.

“Bombanın partlamasından yarım mil məsafədə olan hər kəs alov topunda buxarlanacaq, partlayış binaları məhv edəcək və yəqin ki, bir mil radiusda qalan hər kəsi öldürəcək.

Partlayışdan 2 mil radiusda olanlar da bir ay ərzində onları öldürəcək yüksək radiasiyadan əziyyət çəkəcəklər. Sağ qalanların daha 15 faizi sonradan xərçəngdən öləcək.

Yanğınlar, binaların çökmələri və “ümumi” xəsarətlər səbəbindən dəhşətli durum yaranacaq”, – “Daily Mail” yazır.

Nəşr onu da iddia edir ki, belə bir zərbənin ardınca Rusiyanın cavabı qaçılmaz olacaq. Üstəlik, əmr vermək səlahiyyətində olan bütün şəxslər öldürülsə belə, rusların belə bir iş üçün avtomatik cavab zərbəsi sistemi də planlaşdırılıb.

O da vurğulanır ki, cavab mütləq təkcə ABŞ-a deyil, Britaniyaya da ünvanlanacaq. Amma “Daily Mail” bu zərbədən sonra Britaniyada hansı fəlakətin ola biləcəyi haqda heç bir məlumat verməyib.