Moskvadan Paşinyanın açıqlamasına reaksiya: Vəziyyəti aydınlaşdırmaq üçün…

0
87

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxa biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Peskovun sözlərinə görə, həm ikitərəfli səviyyədə, həm də KTMT çərçivəsində təmaslar mütləqdir.

“Hələ görüləcək çox iş var, vəziyyəti aydınlaşdırmaq üçün təmaslara ehtiyac var”, – deyə Dmitri Peskov bildirib.

Xatırladaq ki, martın 12-də mətbuat konfransı zamanı Nikol Paşinyan KTMT Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab verməsə, İrəvanın təşkilatdan çıxacağını istisna etməyib.