Moskvada kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanalıq oldu

0
84

Rusiya paytaxtı Moskvada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma qeydə alınıb.

Yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Onlardan 30-u reanimasiyadadır.