Moskvada fövqəladə xəbərdarlıq: bu gündən başlayır…

0
87

Rusiya Fövqəladə Hallar Nazirliyi anomal istilərlə əlaqədar Moskvada fövqəladə xəbərdarlıq elan edib.

FHN istilərin iyulun 15-dən iyulun 17-dək maksimal temperaturun +30-+32 dərəcəyə çatacağını bildirib.

Departament havaların isti keçməsi ilə əlaqədar moskvalılara və Rusiya paytaxtının qonaqlarına təbii parçalardan hazırlanmış paltar və papaq geyinməyi, daha çox su içməyi, mümkünsə kölgədə qalmağı tövsiyə edib.