Moskvada şəhər Dumasına sentyabrın 8-nə planlaşdırılan seçkilərə müstəqil namizədlərin buraxılması tələbi ilə növbəti razılaşdırılmamış mitinq keçirilir.
İştirakçıları Bulvar halqası boyunca yürüş etmək istəyiblər.
Amma təhlükəsizlik qüvvələri Trubnaya və Puşkin meydanlarında mitinqi dağıdıblar.
Yürüş marşrutu boyu 600 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanlar arasında tanınmış simalar da var.
Xatırladaq ki, iyulun 27-də keçirilmiş icazəsiz aksiya zamanı 1000 nəfərdən çox iştirakçı saxlanılmışdı.