
Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Qeyd edilib ki, hazırda “Azərbaycan” pavilyonu yoxlanılır.
“Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, – deyə Fövqəladə Hallar Nazirliyindəki mənbə TASS-a bildirib.