Moskva sakinlərinə ictimai yerlərdə maska ​​taxmaq tövsiyə olundu

0
178
MOSCOW, RUSSIA - MARCH 16: People wear face masks as a precaution against the coronavirus (COVID-19) at Red Square in Moscow, Russia, on March 16, 2020. (Photo by Sefa Karacan/Anadolu Agency via Getty Images)

Moskva sakinlərinə qrip və COVID hallarının artması ilə əlaqədar ictimai yerlərdə maska ​​taxmaq tövsiyə olunub.

Bu barədə Rospotrebnadzorunun saytında bildirilib.

Həmçinin əl sıxma, qucaqlaşma və digər fiziki təmasları minimuma endirmək, əlləri daha tez-tez yumaq və üzə daha az toxunmaq məsləhət görülüb.

Qeyd edək ki, Moskvada COVID və qripə görə klinikaların yükü pandemiya dövrünün yükünü üstələyib. Bunu şəhər meri Sergey Sobyanin illik hesabatla Moskva Şəhər Dumasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Omicron” ilə əlaqədar olaraq poliklinikalara müraciətlərin pik həddi gündə təxminən 40-45 min nəfər idisə, bu payızda gündə 60 min nəfər tibb müəssisələrinə oxşar şikayətlərlə üz tutur.