Moskva rəhbərliyi 17 avqustda keçirilməsi istənilən yürüşə icazə verməyib

0
620
митинг
Moskva rəhbərliyi 17 avqustda keçirilməsi istənilən yürüşə icazə verməyib.

Moskvadakı aksiyalarda 60 minə kimi adamın iştirak etdiyi bildirilir.

Moskva şəhər dumasına müxalifət nümayəndələrinin qeydiyyata alınmamasından sonra etiraz nümayişləri başlayıb.

27 iyulda və 3 avqustda baş tutuan mitinqlərdə mindən çox adam təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Avqustun 10-da isə müxalifətin son yeddi ildəki ən böyük yürüşü Moskvanın Saxarov prospektində baş tutub.

Rusiya Daxili İşlər Nazirliyi Moskvadaki son mitinqdə 20 min iştirakçının olduğunu, digər mənbələr isə bu rəqəmin 49 mindən yüksək olduğunu bildirirlər.

Ötən iki həftədə baş tutan icazəsiz aksiyalarda 2 mindən çox insan saxlanılıb və 13 nəfərə qarşı cinayət işləri açılıb.