Moskva ilə İrəvan arasında Azərbaycan ərazilərinə görə qalmaqal yaşanır

0
57

Rusiya və Ermənistan arasında növbəti qalmaqal yaranıb.

Ermənistanda yeni hazırlanan 8-ci sinif tarix dərsliyi Rusiyada qəzəblə qarşılanıb. Buna səbəb dərslikdə “Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi” fəslidir.

Rusiya Xarici İşlər Nazirliyi bunu təxribat adlandırır və dərsliyin tədris prosesinə daxil edilməyəcəyinə ümid edir.

Ermənistanın məlum dərsliyində iddia olunur ki, “rus-fars müharibəsi və Türkmənçay müqaviləsi nəticəsində Şərqi Ermənistan Rusiya imperiyası tərəfindən “işğal” olunub”.

Burada qeyd olunan “Şərqi Ermənistana” İrəvan, Qars, Gəncə daxil olunur. Ermənilər iddia edirlər ki, bu ərazilər onlara məxsus olub və Rusiya imperiyası tərəfindən ələ keçirilib. Halbuki, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və regiona sonradan köçürülən ermənilərə heç bir aidiyyəti yoxdur. Maraqlıdır ki, Ermənistanda məlum dərslik müxalifətin etirazlarına səbəb olub. Ermənistan müxalifəti hesab edir ki, bu, Paşinyan hakimiyyətinin “erməni tarixini” məhv etməsidir. Hərçənd, özünü sülh tərəfdarı kimi göstərən Ermənistan hakimiyyətinin tarixi ərazi iddiaları irəli sürməsi xislətinin dəyişmədiyini təsdiq edir.