Moskva hazırdır – Türkiyə ilə bağlı KRİTİK AÇIQLAMA

0
573

Rəsmi Moskva Türkiyə və digər bölgə ölkələri ilə olan xüsusi münasibətlərindən dialoq körpüsü qurmaq üçün istifadə etməyə hazırdır.

Bunu Cənubi Kiprdə səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Cənubi Kipr Yunan Muxtariyyəti lideri Nikos Anastasiades və Xarici işlər naziri Nikos Kristodulides ilə görüşən nazir Şərqi Aralıq dənizindəki gərginliyin diplomatik yolla həllindən yana olduqlarını dilə gətirib.