Moskva-Bakı reysini həyata keçirən təyyarə məcburi eniş edib

0
505

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Moskva-Bakı reysini həyata keçirən təyyarə Vnukovo hava limanında məcburi eniş edib.

Uçuşdan sonra təyyarənin heyəti ön şüşədə çatın olması barədə məlumat verib və göyərtənin komandiri layneri endirmək qərarı alıb.

Təyyarə uğurlu eniş edib, xəsarət alan olmayıb.

Bu xəbəri təsdiq ediblər və bildiriblər ki, sərnişinlər üçün ehtiyat təyyarə göndərilib, onlar səhər saatlarında Bakıya çatıb.