Moskva Bakı ilə İrəvan arasındakı sülh danışıqlarının DETALLARINI AÇIQLADI

0
69

Bakı və İrəvan arasında sülh danışıqları Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalara uyğun aparılır.

Bu barədə “RİA Novosti”yə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.

“İki tərəf arasında danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olması vacibdir”, – diplomat bildirib.

Onun sözlərinə görə, söhbət təkcə razılaşma müqaviləsindən deyil, həm də nəqliyyat kommunikasiyalarının bloklanmasından və sərhədin delimitasiyasından gedir.

Yevdokimov əlavə edib ki, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulması məsələsinə də toxunulur.

Bundan əvvəl Rusiyanın Bakıdakı səfiri bildirmiçdi ki, İrəvanın hazırkı xarici siyasəti Ermənistanın gələcəyi ilə bağlı narahatlıq yaradır. Onun iddia etdiyi kimi, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.