Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?

0
510

Monqolustan ərazisində yayılan vəba xəstəliyinin digər bölgələrə və qonşu ölkələrə yayılmaması üçün maksimum tədbirlər görülür.

Bu barədə Rusiya Federasiyasının Ulan-Batordakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yoluxma hadisəsi Monqolustanın paytaxtı Ulan-Bator şəhərindən uzaq bölgədə baş verib. Bu baxımdan narahat olmağa əsas yoxdur. Bundan əlavə, yerli hakimiyyət orqanları operativ tədbirlər görərək, yoluxmuş insanlarla təmasda ola biləcək hər kəsi təcrid ediblər. İlk yoluxmuş şəxsin qeydə alındığı Xovd şəhərinə hazırda giriş-çıxış bağlanıb.

Xəstəliyin yayılmasına səbəb monqolların ənənəvi tarbaqan yeməsi göstərilir (Tarbaqan- Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Vəba daşıyıcıları hesab edilirlər).

Monqol marmotunun ətini yeməyib, sadəcə kəsməklə belə xəstəliyə yoluxmaq mümkündür.

Əlavə edək ki, Qərbi Monqolustanda vəba xəstəliyi qeydə alınıb. 27 yaşlı kişi və bir qız xəstəxanaya yerləşdiriliblər. Qeyd olunur ki, xəstəliyin başlanğıcında onlarla 60 nəfər birbaşa, 400 nəfər isə dolayı yolla əlaqədə olub. Məlum olduğuna görə, infeksiyanın səbəbi Monqolustan sakinlərinin hər ikisinin çiy marmot əti yeməsidir.

Vəba ilk növbədə vəhşi gəmiricilərə təsir edən bakterial xəstəlikdir. Bir heyvandan digərinə birə dişləməsi vasitəsilə yayılır. Yoluxmuş birə tərəfindən dişlənən insanlar da vəbaya yoluxur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müalicə vaxtında başlamazsa, 24 saatdan az bir müddətdə xəstəlik yetkin insanı öldürə bilər.