Moldovanın yeni prezidenti məlum oldu – YENİLƏNİB

0
359

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 99 faizinin nəticələrini açıqlayıb. 

Nəticələrə əsasən, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,91%, Moldavanın hazırki Prezidenti İqor Dodon isə 43,09% səs toplayıb. 

Məlumatlara görə, Sandunu 910 mindən çox Moldova vətəndaşı dəstəkləyib, Dodona isə 689 mindən çox insan səs verib. 

Bildirilib ki, yalnız 20 xarici dairədə səslərin hesablanması qalıb. Ölkə daxilində bütün bülletenlər hesablanıb. 

02:41

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrini açıqlayıb.

Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

01:42

Moldovanın Mərkəzi Seçki Komissiyası səslərin 85 faizinin sayılmasından sonra prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Mayya Sandunun liderlik etdiyini açıqlayıb.

Nəticələrə əsasən, Mayya Sandunu 51.68 faiz seçici dəstəkləyib. Hazırkı dövlət başçısı isə səslərin 48.32 faizini toplaya bilib.