Moldovada böhran: Prezident təcili seçkiyə gedir

0
413

Moldovada növbədənkənar parlament seçkisinin keçirilməsi üçün hər şeyi edəcəyəm.

Bunu Moldova Prezidenti İqor Dodon söyləyib. O, ölkənin siyasi böhrandan çıxmasının başqa yolu olmadığını bildirib:

“Mən hesab edirəm ki, deputatların satın alınması biabırçılıqdır. Bu parlamentdə artıq 16-17 deputat var ki, satın alınıblar. Mən hesab edirəm ki, yeganə həll yolu növbədənkənar parlament seçkisinin keçirilməsidir. Mən hər şeyi edəcəyəm ki, yaxın zamanlarda növbədənkənar seçkinin keçirilməsi üçün bütün prosedurları işə salım”