“Moderna” peyvəndində ümidverici nəticə… Daha çox mRNT daşıyır

0
258

Koronavirus peyvəndini inkişaf etdirən “Moderna” üçüncü dozanın Omikron variantına qarşı güclü toxunulmazlıq təmin etdiyini açıqlayıb.
 
Rəylərini ictimaiyyətlə paylaşan şirkət yarım doza peyvəndi olanların Omikron variantına qarşı antikor səviyyələrinin iki doza peyvənd alanlardan 37 dəfə yüksək olduğunu bildirib.
 
Bundan əvvəl “Pfizer-BioNTech” birgə bəyanatla çıxış edərək peyvəndin üçüncü dozasının antikor səviyyəsini 25 dəfə artırdığını açıqlamışdı.
 
“Moderna”nın açıqlamasında o da qeyd olunub ki, peyvəndin 3-cü dozası yarım doza əvəzinə tam verilərsə, qorunma dərəcəsi 83 dəfə artır.
 
Alimlər həmçinin qeyd ediblər ki, “Moderna”nın yarım doza vaksini “Pfizer”in tam dozasından daha çox mRNT daşıyır.