On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə (MN) müraciət edərək, könüllü olaraq əsgərlərimizlə birlikdə döyüşə qatılmaq istədiklərini bildiriblər.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi qələbələr xalqımızın döyüş ruhunun yüksəlməsinə səbəb olub.
“Müdafiə Nazirliyinin rəhbərliyi adından hər kəsə Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə, təşəkkür edirik. Döyüşlərə qoşulmaq istəyən hər kəsə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirik. Qələbə bizimlədir”.