“Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
“Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür”, – o, əlavə edib.