“Mitsubishi Corporation” şirkətinin nümayəndə heyəti Bakıda – İşgüzar görüş – FOTO

0
351

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Yaponiyanın “Mitsubishi Corporation” şirkətinin birinci vitse-prezidenti Kazuo İnadanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində iş birliyi məsələləri müzakirə olunub.

Baş direktor Kamran Nəbizadə Korporasiyanın törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin fəaliyyəti və inkişaf strateqiyası barədə məlumat verib.

Korporasiyanın digər törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-nin illik istehsal gücünün 80 milyon ədəd şüşə tara təşkil etdiyini vurğulayan baş direktor, yaxın gələcəkdə İtaliyanın aparıcı şirkəti ilə bağlanacaq əməkdaşlıq müqaviləsinə əsasən yeni avadanlığın quraşdırlmasından sonra müəssisənin illik istehsal gücünün iki dəfə artaraq, 160 milyon ədədə çatacağını qeyd edib.

“Mitsubishi Corporation” şirkətinin nümayəndə heyətinə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin digər törəmə müəssisələrinin fəaliyyət sahələri haqqında da məlumat verilib. Şirkətin təmsilçiləri “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın perspektivləri üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.