Mişustin koronavirusla bağlı tapşırıq verdi: “Strateji ehtiyat yaradılsın”

0
442

Rusiya hökuməti ölkə ərazisində koronavirusun yayılmasına qarşı tibbi maskaların strateji ehtiyatının yaradılması ilə bağlı göstəriş verib.

Bu barədə “İzvestiya” nəşri Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin və müavinlərinin iştirakı ilə keçirilən iclasın protokoluna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) qarşısında koronavirusun yayılması halında nə qədər fərdi müdafiə vasitəsinin tələb olunacağını aydınlaşdırmaq tapşırığı qoyulub.