Çin Dövlət İnşaat Mühəndisliyi Korporasiyası (CSCEC) Misirin yeni inzibati paytaxtında infrastruktur layihələrinin tikintisini tamamlayır.
Vedyan şəhəri Qahirədən 45 kilometr şərqdə yerləşir. Ölkənin yeni paytaxtının ərazisi 700 kvadrat kilometrdən çoxdur. Şəhərdə təxminən yeddi milyon vətəndaşın yerləşəcəyi planlaşdırılır.
Dövlət orqanları, nazirlik və idarələr, parlament, prezident administrasiyası, diplomatik nümayəndəliklər və universitetlərin Vedyana köçürüləcəyi bildirilir.