Misirin Qədim Əsərlər və Turizm naziri Şərif Fethi Türkiyə ilə turizm əməkdaşlığını inkişaf etdirmək istədiklərini açıqlayıb.
Fethi İstanbulda keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi (EMITT) çərçivəsində keçirdiyi mətbuat konfransında Türkiyə ilə əməkdaşlıq mövzusunda qiymətləndirmələr edib.
O, iki ölkə arasında diplomatik əlaqələrin yaxşılaşdığını və yüksək səviyyəli səfərlərin əməkdaşlığı daha da gücləndirdiyini bildirib. Həmçinin qeyd edib ki, bu əməkdaşlıq turizm və qədim əsərlər də daxil olmaqla bir çox sahədə davam edir:
“Türkiyə hökuməti qaçaqmalçılardan ələ keçirilən bəzi əşyaları bizə qaytardı. Biz onlara bu jest üçün çox təşəkkür edirik. Türkiyə hökumətinə bir daha təşəkkür etmək istərdim ki, bu əsərləri geri qaytararaq verdikləri sözü yerinə yetirilər. Xüsusilə turizm sahəsində bu əlaqələri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”.
Fethi Misirə gələn türk turistlərin sayındakı artıma diqqət çəkib:
“Bu il Türkiyədən Misirə gələn turistlərin sayında 40 faiz artım yaşadıq. Bu rəqəm hələ kafi deyil. Önümüzdəki illərdə bu rəqəmi iki qat artırmağı hədəfləyirik”.