Misirin Qahirə şəhəri yaxınlığındakı Sakkara nekropolunda aparılan qazıntılar zamanı ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib.
Söhbət 2500 il əvvəl basdırılmış 100 möhürlü sarkofaqdan və 40-a yaxın qızıl suyuna salınmış heykəldən gedir.
Qeyd olunur ki, qiymətli tarixi əşyalar fironların nekropolunda tapılıb.
Mütəxəssislər tapılan əşyaların Misiri təxminən eramızdan əvvəl 300 il idarə etmiş Ptolemeylər sülaləsinin fironlarına aid olduğunu qeyd edib.