Misirin Dekhaliye şəhərində eradan əvvəlki dövrə aid 110 qəbirin gün işığına çıxarıldığı açıqlanıb.
Bu barədə ölkənin Turizm və Tarixi Əsərlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Dekhaliye şəhərindəki Koum al-Khulgan arxeoloji sahəsində aparılan qazıntı fəaliyyətləri zamanı 110 qəbir çıxarılıb.
Oval şəkilli qəbirlərdən 73-nün eradan əvvəl 6000-3000 dövrünə, 37 düzbucaqlı qəbirin isə eradan əvvəl 1782-1570-ci ilə məxsusdur.
Qəbirlərdə insan qalıqlarından başqa saxsı qablar kimi alətlər də aşkar edilərək götürülüb.