Misirin paytaxtı Qahirədən 460 kilometr məsafədə yerləşən Sohaq şəhərində iki qatar toqquşub.
İHA xəbər verir ki, dəhşətli qəza nəticəsində üç vaqon relsdən çıxıb, nəticədə 32 nəfər ölüb, 66 nəfər yaralanıb.
Hadisə yerinə 36 təcili yardım maşını göndərilib.
Sosial mediada yayılan fotolardan məlum olur ki, vaqonlar su kanalına aşıb.
Qeyd edilir ki, qatarlar çox sürətli olmadığına görə daha böyük faciənin qarşısı alınıb.