Misir sərhədlərini belə nəzarətdə saxlayacaq

0
740

Misir Kosmik Agentliyi bəyan edib ki, ölkənin sərhədlərinin monitorinqi peyk vasitəsilə həyata keçiriləcək.

Agentliyin rəhbəri Məhəmməd əl-Qosi jurnalistlərə müsahibəsində artıq 6 aydır həmin peykin istehsalına başladıqları barədə məlumat verib. O əlavə edib ki, hazırda 22 layihə üzərində iş aparılır və onların bir neçəsi başa çatmaq üzrədir. Sərhəd monitorinqini həyata keçirəcək peyk isə 2021-ci ilin sentyabrında kosmik fəzaya buraxılacaq.

Misir “Tiba-1” adlı ilk kommunikasiya peykini ötən ilin sentyabrında kosmosa göndərib. Digər iki peykin buraxılışı isə texniki səbəblərdən təxirə salınıb. “Tiba-1” Misirin bütün ərazisini, habelə Şimali Afrika ölkələrini internet və telekommunikasiya xidmətləri ilə təchiz edir, eyni zamanda, səhiyyə, enerji və təhsil sahələrində hökumətin fəaliyyətini yaxşılaşdırır. Bu peykə Luksor şəhərinin yaxınlığında yerləşmiş Qədim Misirin paytaxtının adı verilib.