Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib

0
339

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Prof. Dr. Əli Cümə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati-aliləri

cənab İlham Əliyevə

Zati-aliləri,

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını bu Zəfərlə geri qaytarmışdır. Bu, ölkənin, hətta regionun inkişafına töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.

Allaha dua edirik ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram”.