Mirzoyanla Ermənistanın Rusiyadakı səfiri arasında gərginlik yarandı: səbəb görün nə imiş

0
110

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ölkənin Rusiyadakı yeni səfiri (həmçinin böyük biznesmen) Qurgen Arsenyan arasında gərginlik yaranıb.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Mirzoyan bu təyinatı dəstəkləmir, çünki səfirin namizədliyi parlamentin spikeri Alen Simonyan tərəfindən təklif edilib.

“Mirzoyan hələ də Simonyanı bağışlaya bilmir, çünki onu spiker vəzifəsindən kənarlaşdıran və Xarici İşlər Nazirliyinə işə “göndərən” o olub”, – qəzet iddia edir.

Əlavə gərginliyi Arsenyanın keçmişdə dəfələrlə XİN-i tənqid etməsi də yaradır. Xüsusən də o, Mirzoyana parlament tribunasından irad bildirməyə icazə verib ki, bu da nazirin narazılığına səbəb olub.

Bundan əlavə, 2022-ci ildə Arsenyan nazirliyin büdcəsini artırmağa çağırıb və bildirib ki, hazırkı maliyyə ilə Xarici İşlər Nazirliyinin səmərəli işinə ümid etmək mümkün deyil.

Qurgen Arsenyan avqustun 14-də Ermənistanın Rusiyadakı səfiri təyin edilib. Maraqlıdır ki, Arsenyan deputat kimi tez-tez Rusiyanı tənqid edirdi. Lakin təyinatdan sonra o, yeni vəzifəsi çərçivəsində siyasi təmkinlilik prinsipinə əməl edəcəyini bəyan edib.