Mirzoyan Ankarada bəyan etmişdi: Türkiyəyə təhvil verdilər

0
65

Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib.

Bu barədə “Sputnik-Armeniya”ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ermənistan tarixi Ani körpüsünün bərpa işlərinə dair öz yanaşmalarını Türkiyəyə təhvil verib”, – XİN-dən bildiriblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli keçmiş həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.