Minlərlə tələbəyə təsir edəcək qərar – Araşdırma başladıldı

0
12

Amerikada kollec tələbələri antisemitizmə qarşı etirazlara görə sanksiyalarla üzləşirlər. Səbəbi isə ABŞ prezidenti Donald Trampın qəbul etdiyi mübahisəli sərəncamdır.

Bu barədə ABŞ Təhsil Nazirliyi məlumat yayıb.

Yanvarın 30-da Tramp Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasına əsas verən “antisemitizmlə mübarizə” ilə bağlı sərəncam imzalayıb. Bu çərçivədə 5 universitet haqqında “anti-semit rəftar müşahidə edildiyi” əsası ilə istintaq başladılıb.

2024-cü ilin aprelində başlayan və bütün dünyaya yayılan Fələstinə dəstək nümayişləri keçirən müəssisələr arasında “Kolumbiya”, “Şimal-Qərb”, “Portlend”, “Twin Cities Minnesota” universitetləri və “Kaliforniya” universitetinin Berkli Kampusu var.

Qeyd edək ki, Kolumbiya Universitetində Fələstinə dəstək üçün başlayan etiraz aksiyaları ölkənin 50-dən çox digər universitetini əhatə edib və polis əksəriyyəti tələbələr və müəllimlərdən ibarət 3100-dən çox insanı saxlayıb.