Mingəçevirdə binada yanğın: Bir nəfər tüstüdən zəhərlənərək öldü

0
244

Mingəçevirdə yaşayış binasında yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Xətai küçəsində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Nəticədə 1940-cı il təvəllüdlü Tərxanov Tofiq Şahlar oğlu tüstüdən zəhərlənərək ölüb.

Eyni zamanda, binada yaşayan dörd nəfər də zəhərlənib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 15-dən çox şəxs təxliyə olunub.