44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə sürətlə irəliləyirdi.
Müharibənin tarixində 21 oktyabrın da xüsusi çəkisi var idi. Həmin tarixdə xeyli ərazi işğaldan azad edilib.
Həmin ərazilərin siyahısını təqdim edirik:
Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri;
Cəbrayılın Balyand, Papı, Tulus, Tinli kəndləri;
Zəngilanın Mincivan qəsəbəsi və Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Muşlan, Qıraq Muşlan, Məlikli, Üdgün, Baharlı kəndləri.