İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.
Bu barədə ANAMA-a məlumat yayıb.
Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə ediblər.