Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınan ən böyük daşqınlardan birinin olacağını deyiblər.
Bu nadir hadisə qlobal istiləşmə səbəbindən buzlaqların əriməsinin yaratdığı risklərlə bağlıdır.
Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub. Yığılan suyun miqdarı 3 trilyon litrdir. Su Edvard Beyli buzlağının altında toplanıb, zamanla buzu yuxarı qaldıraraq nəhəng tunel yaradıb.
Belə qəfil buzlaq göl daşqınları elm aləmində “Glacial Lake Burst Floods” (GLOF) adlanır və son 30 ildə qlobal temperaturun artması ilə tez-tez baş verir.
Tədqiqatçıların fikrincə, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıdıcı nəticələrə səbəb ola bilər.
2023-cü ildə aparılan araşdırmaya görə, dünyada 15 milyon insan belə daşqınların təhlükəsi altında yaşayır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun istehsal etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasına bərabərdir.
Araşdırma “Science Advances” jurnalında dərc olunub.