Milyonlar qazanırdı, indi kuryedir – Süni intelekt onu işsiz qoydu

0
11

Bir vaxtlar illik 150 min dollar (təxminən 6 milyon manat) qazanan proqram mühəndisi Shawn K indi pul qazanmaq üçün kuryerlik edir. 20 illik təcrübəsi və kompüter elmləri üzrə diplomu olan mühəndis süni intellektin sürətli inkişafı səbəbilə texnologiya sektorundan kənarda qalıb.

Pandemiya və 2008-ci il maliyyə böhranında işsiz qalmasına baxmayaraq sektora qayıda bilən Shawn bu dəfə vəziyyətin fərqli olduğunu deyir. 800-dən çox iş müraciəti etsə də, cəmi 10-u müsahibəyə çağırıb və bir çox hallarda insan yox, süni intellekt tərəfindən qiymətləndirilib. “Özümü görünməz hiss edirəm. Heç kimlə ünsiyyət qurulmadan sıradan çıxarılırmışam,” – deyə o bildirir.

Əvvəllər metaverse texnologiyası üzərində çalışan Shawn indi Nyu-Yorkda bir karavanda yaşayır və “DoorDash” vasitəsilə sifariş daşımaqla və evindəki əşyaları “eBay”da satmaqla dolanır.

Qeyd edək ki, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei-nin sözlərinə görə, 2025-ci ilin sonuna qədər kodların 90 faizini süni intellekt yazacaq. Təkcə 2024-cü ildə 150 mindən çox texnologiya mütəxəssisi işini itirib, 2025-in ilk rübündə isə bu rəqəm artıq 50 mini keçib.