Milyonçu 47 illik idman ayaqqabısını 437,5 min dollara aldı

0
454

1972-ci ildə buraxılmış “Nike” idman ayaqqabıları “Sotheby’s” auksionunda 437,5 min dollara satılıb.

Bu idman ayaqqabıları satışı üçün yeni dünya rekordudur.

“Nike”ın həmtəsisçisi Bill Bauerin hazırladığı “Moon Shoe” ayaqqabıları 1972-ci ildə Münhendə keçirilən Olimpiadada iştirak edən atletlər üçün nəzərdə tutulubmuş.

Hərraca çıxarılan ayaqqabını milyonçu Mayls Nadal alıb. O, ayaqqabıları şəxsi muzeyində nümayiş etdirəcək.