Millimizin üçüncü yoldaşlıq oyunundakı rəqibi bilindi

0
381

Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

 Canni de Byazinin baş məşqçilik etdiyi komandamız Moldova yığması ilə üz-üzə gələcək.

Qarşılaşma iyunun 5-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığması mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə qarşılaşacaq.